İngiltərənin Hakimlər Komitəsinin rəhbəri Hovard Uebb son turdakı VAR səhvlərinə görə "Arsenal" və "Brayton"dan üzr istəyib.
Fanat.Az xəbər verir ki, məlumatı "The Athletic" yayıb.
"Brentford"un "Arsenal"a vurduğu qolun (1:1) səhv olduğu təsdiqlənib. Video köməkçi hakim oyundankənar xətt çəkməyi unudub.
"Brayton"un "Kristal Pelas"a (1:1) vurduğu qol isə VAR səhvinə görə ləğv edib. Ofsayd xətti səhv oyunçuya çəkilib.
Mənbənin məlumatına görə, Premyer Liqa hakimlərinin başçısı vəziyyəti müzakirə etmək üçün VAR-da işləyən hakimlərlə təcili iclas keçirəcək.
Mirağa