"Liverpul" "Çelsi"nin hədəfində olan futbolçuya elçi düşüb.
Fanat.Az xəbər verir ki, "mersisaydlılar" "Layptsiq"in müdafiəçisi Yoşko Quardiolla maraqlanır.
Məlumatı "Football Transfers" yayıb.
"Çelsi" də xorvatiyalı futbolçunun izindədir. Ancaq klubunun Quardiolu 110 milyon avro qarşılığında buraxacağı bildirilir.
Qeyd edək ki, Xorvatiya millisinin 21 yaşlı üzvü 2020-ci ildən "Layptsiq"in futbolçusudur. O, 2020-2021-ci illər mövsümün icarə əsasında "Dinamo Zaqreb"də keçirib.
Röya