"Arsenal" "Ayaks"ın futbolçusu ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, söhbət yarımmüdafiəçi Edson Alvaresdən gedir.
Məlumatı "Calciomercato" yayıb.
Meksika millisinin 25 yaşlı üzvü hələ ötən yaydan "Mançester Yunayted" və "Çelsi"nin də diqqət mərkəzindədir.
Hər iki klub qış transfer pəncərəsində "Ayaks"a müraciət etsə də, Hollandiya klubu gələn təkliflərə rədd cavabı verib.
Röya