Yürgen Klopp "Liverpul"dan getsə, onu əvəzləyəcək mütəxəssisin kimliyi bəllidir.
Fanat.Az "Calcio Mercato"ya istinadən xəbər verir ki, Premyer Liqa klubu onun yerinə Luçano Spalettini gətirməyə hazırlaşır.
Mənbənin məlumatına görə, “Napoli”nin 63 yaşlı baş məşqçisinin neapollularla müqaviləsi 2023-cü ilin iyun ayının sonuna kimi nəzərdə tutulub.
"Liverpul" Kloppun rəhbərliyi altında uğursuz mövsüm keçirir. Premyer Liqada keçirdiyi 20 oyundan sonra komanda Çempionlar Liqası zonasından 12 xal geri qalaraq, turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. “Napoli” isə A Seriyasında ən yaxın rəqibi “İnter”i 16 xal qabaqlayaraq liderdir.
Mirağa