Futzal üzrə DÇ-2024-ün əsas mərhələsində Azərbaycan millisinin rəqibi olacaq Polşa yığması yoldaşlıq oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, rəqibimiz martın 3-də Kolobrzeqdə Ukrayna futzalçıları ilə qarşılaşacaq.
Xatırladaq ki, Polşa – Azərbaycan görüşü martın 7-də keçiriləcək. Buna qədər komandamız martın 3-də Bakı İdman Sarayında Yunanıstanla üz-üzə gələcək.