"Çelsi"nin müdafiəçisi Ris Ceyms qış transfer bazarında adından söz etdirən klubunun qısa müddətdə planetin ən güclülərindən biri olacağını deyib.
Fanat.Az xəbər verir ki, "Football Daily" onun söylədiklərini belə çatdırıb:
"Elə bir mükafat yoxdur ki, "Çelsi" onu qazana bilməsin. Doğru yoldayıq. Əminəm ki, qurduğumuz komanda qısa müddətdə planetin ən güclülərindən birinə çevriləcək".
Qeyd edək ki, London təmsilçisi bu qış heyətinə 6 futbolçu qatıb.
Nihat