"Bayern Münhen"in baş məşqçisi Yulian Nagelsman Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində üz-üzə gələcəkləri PSJ-nin superulduzu Lionel Messini necə saxlayacaqlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun dediklərini Münhen klubunun mətbuat xidməti belə çatdırıb:
"Hər şeydən öncə 90 dəqiqə ərzində əsl kollektiv oyun sərgiləməliyik. Yəni kollektiv oyun fonunda Messinin topla təmin edilməsinə imkan verməməyə çalışmalıyıq. Həm də yalnız Messiyə deyil, Neymar və Mbappeyə də ünvanlanan ötürmələrin qarşısını kəsməliyik. Onların cinah müdafiəçiləri də çox sürətlidir. Bir sözlə, istedadlı oyunçularının sayı çoxdur. Əlbəttə, hazırda PSJ-nin məqşiləri də bizim futbolçularımızı necə saxlayacaqları barədə düşünürlər. Belə duellərdə komandaların hansı formada olması, oyunun necə alınması əsas şərtdir".
Qeyd edək ki, PSJ - "Bayern" qarşılaşması bu gün keçiriləcək.
Nihat