Ukraynanın birinci liqa təmsilçisi “Zarya Luqansk”ın futbolçusu Oleq Dançenko Türkiyədə infarkt keçirib.
Fanat.Az xəbər verir ki, 28 yaşlı futbolçunun səhhəti təlim-məşq toplanışında pisləşib.
Məşq zamanı qəfil yerə yıxılan futbolçunu həkimlərin çevik reaksiyası xilas edib. Belə ki, yaxınlıqda olan avstriyalı həkimlər ona defibrilator aparatı ilə müdaxilə ediblər. Dançenkonun ürəyi üç dəfə dayanıb, o, kliniki olaraq ölüb. Lakin həkimlər onun vəziyyətini stabilləşdirə biliblər. Futbolçu dərhal xəstəxanaya yerləşdirilib.
Dançenko Yunanıstanın AEK klubundan icarə əsasında "Zorja"da çıxış edir. O, AEK-ə qədər “Rubin”, “Ufa”, “Şaxtyor”, “Yenisey”, “Anji”, “Çernomorets”, “Xmelnitski” və “Metallurq” klublarında çıxış edib.
Mirağa