"Mançester Yunayted" ilk yay transferini rəsmiləşdirməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" "Bayern Münhen"dən icarəyə götürdüyü Marsel Zabitseri birdəfəlik satın alacaq.
Avstriya millisini özü də İngiltərə qalmaq niyyətindədir. Bu barədə futbolçu "Daily Mail"ə açıqlamasında bildirib:
"Özümü burda çox yaxşı hiss edirəm. Komanda və "Old Trafford"un ab-havasını bəyənirəm. Görək yayda necə olur".
Qeyd edək ki, Zabitser bu ilin əvvəlində "Mançester Yunayted"ə keçib və 3 oyunda meydana çıxıb.
Röya