"Mançester Yunayted" gənc futbolçusu Alexandro Qarnaço barədə qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, İngiltərə nəhəngi 18 yaşlı argentinalı vunderkindlə yeni müqavilə imzalamaqda israrlıdır. Mənbə tərəflərin danışıqlara başladığını və Madriddə doğulan Qarnaçonun yaxın vaxtlarda yeni sözləşməyə imza atacağını vurğulayıb.
Qeyd edək ki, bu mövsüm MY forması ilə bütün turnirlərdə 26 matça çıxan Alexandro 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat