İtaliyalı mütəxəssis Fabio Kapello ölkəsinin ən yaxşı məşqçisinin adını açıqlayıb.
Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, Kapello "Real Madrid"in çalışdırıcısı Karlo Ançelottini İtaliyanın ən dahi məşqçisi adlandırıb.
“Ançelotti əla məşqçidir, İtaliyada indiyə qədər gəlib-getmiş ən dahi mütəxəssisdir. O, hər yerdə qalib gəldiyi üçün ən yaxşıdır, çünki bu, çox çətindir.
Ançelotti Braziliya millisində? Çox maraqlı olardı. Milli komandaları çalışdırmaq tamam başqa məsələdir. Mən İngiltərəni çalışdırmışam, çünki belə bir arzum var idi. Ançelottinin isə belə arzusunun olduğunu bilmirəm. Düşünürəm ki, Karlo karyerasının sonunda bunu edə bilər".
Mirağa