İngiltərənin "Mançester Yunayted" klubu əsas qapıçısı David de Xea ilə yeni müqavilə ilə bağlı danışıqları davam etdirsə də, heyətinə yeni qolkiper qatmaq istəyindən əl çəkməyib.
Fanat.Az "A Bola"ya istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Portu"nun 23 yaşlı "çərçivə" qoruyucusu Dioqu Koşta ilə maraqlanmağa davam edir.
Bu ilin noyabrında Portuqaliya təmsilçisi ilə müddəti 2027-ci ilə qədər nəzərdə tutulan yeni anlaşma imzalayan Koştanın təzminat məbləği 75 milyon avrodur.
Koşta Portuqaliya seçməsinin də əsas qapıçısıdır.
Qeyd edək ki, 2011-ci ildən MY-də olan 32 yaşlı De Xeanın klubuyla müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
Nihat