"Bayern Münhen"in sabiq futbolçusu Lotar Mateus Almaniya nəhənginin PSJ ilə bu gün keçirəcəyi matçdan - Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk duelindən öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, ulduz veteran "Sky Sport Germany"yə açıqlamasında "Bayern"in Parisdə uğur qazanmaq şansının çox olduğunu deyib:
"Messi, Neymar və komanda yoldaşları Fransa Kubokunda mübarizəni dayandırıblar. Fransa təmsilçisi Liqa 1-də "Monako"ya da uduzub. Üstəlik, Mbappe bu matça hazır deyil. Onun zədəsi var.
Xəbərləri izləyirik və PSJ ətrafında nə qədər söz-söhbət dolaşdığına şahidlik edirik. Neymarla bağlı yayılan son informasiyaları isə ayrıca qeyd etməliyəm...
"Bayern" narahat olmaya bilər. Rəqiblə müqayisədə Almaniya çempionu daha yaxşı vəziyyətdədir. Ardıcıl üç qələbə qazanıblar, Bundesliqada liderliklərini davam etdirirlər, ölkə kubokunun növbəti mərhələsinə adlayıblar. "Bayern" bu gün güclü, sürətli və uğura acdır.
PSJ parlaq görünə bilər. Ancaq onlar həmişə sonda çökürlər".
Qeyd edək ki, PSJ - "Bayern" qarşılaşması bu gün Bakı vaxtı ilə 00:00-da başlayacaq.
Nihat