“Səbail” qış transfer pəncərəsində növbəti transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Bayıl təmsilçisi “Zirə”nin yarımmüdafiəçisi İlkin Muradovu heyətinə cəlb edib.
Bu barədə "Zirə" sosial şəbəkə hesabında paylaşım edib. 26 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında Şahin Diniyevin baş məşqçisi olduğu komandada çıxış edəcək.
Qeyd edək ki, “Səbail” buna qədər qış fasiləsində David Qomis, Matiya Lyuyiç və Mirəli Əhmədovu transfer edib, Adil Nağıyev isə "Şamaxı"dan icarədən qayıdıb.