"Mançester Yunayted"in əfsanəvi futbolçusu Ueyn Runi İngiltərə klubunu çalışdıra bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "talkSPORT" yayıb.
Xəbərə görə, ölkəsinın liqasında işləmək istəyən gənc mütəxəssis "Sautqempton"un baş məşqçisi ola bilər.
Ötən həftə çalışdırıcısı Natan Conson ilə vidalaşan klub artıq ABŞ təmsilçisi "Di Si Yunayted"in məşqçisi ilə əlaqə saxlayıb.
Ancaq "Sautqempton"un siyahısında başqa adlar da var. Siyahıda Cessi Marş, Frenk Lempard, Stiven Cerrard və İvan Yuriç də yer alıb.
Röya