PSJ-nin hücumçusu Neymar "Bayern Münhen"ə qarşı bu keçirəcəkləri matçdan - Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunundan öncə komanda yoldaşı Kilian Mbappedən danışıb.
Fanat.Az xəbər verir ki, o, fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:
"Kilian komanda üçün olduqca vacib futbolçudur. Hamımız meydanda olanda özümüzü daha güclü hiss edirik. Ümid edirəm ki, Mbappe "Bayern"ə qarşı bir neçə dəqiqə oynaya biləcək. Hazırda özünü əla hiss edir. Onunla bağlı hər şey qaydasındadır. Bu, yaxşı əlamətdir. Fikrimcə, Kilian artıq zədə problemini geridə qoyub".
Qeyd edək ki, tərəflərin Parisdə baş tutacaq ilk duelinin start fiti Bakı vaxtı ilə 00:00-da səsləndiriləcək.
Nihat