Rusiya yığması Braziliya A Seriyasının klubları ilə yoxlama oyunu keçirməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, məlumatı “Sport-Ekspress” yayıb.
Rusiya Futbol İttifaqı (RFİ) bir neçə variantı nəzərdən keçirir. Oyunlar 2023-cü il martın 20-dən 30-dək beynəlxalq fasilədə baş tutacaq. İştirakçı sayından asılı olaraq, mini turnir də təşkil edilə bilər ki, yarışda Rusiyanın aşağı yaş qruplarından ibarət yığmalarından birinin də iştirakı planlaşdırılır.
Rusların potensial rəqiblərindən biri “Korintians”dır. Məkan kimi Qətər və ya BƏƏ seçiləcək.
Xatırladaq ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya millisini, eləcə də bütün Rusiya klublarını bu qurumların nəzarətində olan bütün yarışlarda iştirakdan məhrum edib.
Mirağa