Moskva "Spartak"ının niderlandlı hücumçusu Kvinsi Promes komandanın qış hazırlığının Türkiyədə keçiriləcək 3-cü hissəsinə də qatılmayacaq.
Fanat.Az "Çempionat" saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin forvardı fərdi məşqlərlə kifayətlənəcək.
Xəbəri "Spartak"ın mətbuat xidməti təsdiqləsə də, Promesin təlim-məşq toplanışından kənarda qalmasının əsl səbəbi haqda dəqiq məlumat yoxdur.
Qeyd edək ki, daha öncə hazırlığın ilk iki hissəsində olmayan Kvinsinin Türkiyəyə yollana biləcəyi açıqlanmışdı.
Nihat