Bir neçə gün əvvəl "Ximki"nin U-19-nu sözügedən klubun əvəzedicilərdən ibarət komandasına dəyişən Nazim Süleymanovun köməkçilərindən biri müəyyənləşib.
Fanat.Az Rusiya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Emin Ağayev "Ximki"nin gənclərdən ibarət komandasında da Süleymanova yardım edəcək.
Başqa sözlə, Ağayev U-19-dan "Ximki-2"yə keçib.
2022-ci ilin sentyabr ayında “Ximki”nin U-19 komandasında çalışan Emin Ağayev futbolçu kimi 2002-2004-cü illərdə bu klubda çıxış edib. O, 2016-2018-ci illərdə Moskva vilayəti təmsilçisinin əsas komandasında köməkçi məşqçi işləyib.
Mirağa