"Real Madrid" "Yuventus"un ulduz futbolçusu Duşan Vlahoviçi transfer etməyi düşünür.
Fanat.Az xəbər verir ki, məlumatı ESPN yayıb.
Xəbərə görə, Kərim Benzemanın yerinə yeni hücumçu axtaran kral klubunun siyahısında Vlahoviç ilk pillədə qərarlaşıb.
"Yuventus" tərəfi də maliyyə problemlərinin həlli üçün serbiyalı forvardı yaxşı qiymətə satıb əldə olunan məbləğə 2 yeni transfer etməyi planlaşdırır.
Qeyd edək ki, 23 yaşlı futbolçu 2022-ci ildə "Fiorentina"dan "Yuventus"a keçib. 28 oyunda meydana çıxan Duşan 16 qola imza atıb.
Röya