PSJ-nin müdafiəçisi Serxio Ramos 2021-ci ildə "Real Madrid"dən niyə getdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, 36 yaşlı ispan fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:
"Real"dan ayrılmaq mənim üçün xüsusi qərar idi. Hədəfim həmişə mümkün qədər çox qələbə qazanmaq olub. "Real"la çox uğurlara sevinmişəm. Ancaq düşündüm ki, mühiti dəyişmək üçün yaxşı imkan yaranıb. Yekunda PSJ-yə keçməyə qərar verdim. Əvvəl hər şey mənin üçün çətin idi. Ailə, dörd uşaqla gəldiyin şəhərdə ev tapmaq, uyğunlaşmaq və sair. Ancaq sonradan işlər qaydasına düşdü".
Qeyd edək ki, Ramosun PSJ ilə müqaviləsinin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub.
Nihat