Bu gün Azərbaycan Basketbol Liqasında 18-ci tura start veriləcək.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə NTD və "AAAF Xırdalan" komandaları qarşılaşacaq.
Matç saat 19:15-də başlayacaq.
Turun daha üç qarşılaşması isə 18 və 19 fevralda baş tutacaq
Qeyd edək ki, ilk üç qarşılaşma Bakının “Sərhədçi” İdman Kompleksində, sonuncu görüş isə Astarada keçiriləcək.