PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunundan - evdə "Bayern Münhen"ə 0:1 hesabı ilə uduzduqları matçdan sonra açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, Fransa millisinin forvardı "Canal+" televiziyasına danışıb:
"Oyunun sonlarında necə təsir bağışladığımızı unutmayaq. Biz məğlub olsaq da, bu rəqibə problem yaratmağa qadir olduğumuzu anladıq. Cavab qarşılaşmasında meydana mərhələ adlamaq üçün çıxacağıq.
Bu görüşdə oynamağım öncədən planlaşdırılmamışdı. Ancaq mən komanda yoldaşlarıma kömək etmək istədim. Almaniyadakı oyuna itkisiz çıxmaq lazımdır. Biz tam heyətlə hücum futbolu oynayanda rəqiblərimiz özlərini narahat hiss edir. Geridönüş şansımız var".
Nihat