"Mançester Siti"nin hücumçusu Erlinq Holand "Arsenal"la bu gün keçirəcəkləri vacib oyun ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, norveçli ulduz İngiltərə Premyer Liqasının 12-ci turundan təxirə salınmış görüş haqda "şəhərlilər"in rəsmi saytına danışıb:
"Məqsədim mükafatlar qazanmaqdır. Əlbəttə, indi mövsümün sonunda nəyin necə olacağı barədə həddindən artıq düşünmək də ziyanımıza ola bilər. Ancaq fikrimcə, oyundan-oyuna inkişaf etməliyik. "Arsenal"la matçda hədəfim qələbədir. Premyer Liqada gərgin mübarizəyə şahidlik edirik. Hər oyunun əhəmiyyəti böyükdür. Biz "Tottenhem"ə uduzanda sanki hər şeyi əldən vermişdik. Amma indi toparlanmışıq, yolumuza davam edirik".
Nihat