"Milan" Çempionlar Liqasının 1/8 final mərhələsində öz meydanında "Tottenhem"i 1:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, matçdan sonra UEFA-nın saytına danışan İtaliya klubunun hücumçusu Olivye Jiru görüşü dəyərləndirib:
"Biz üzərimizə düşən vəzifəni ilk oyunda yerinə yetirdik. Hələ daha çox qol vura bilərdik".
Qeyd edək ki, tərəflər arasında cavab oyunu 1 həftə sonra keçiriləcək.
Xatırladaq ki, gecənin digər matçında "Bayern Münhen" PSJ-ni 1:0 hesabı ilə yenib.
Röya