"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri klubdan ayrıla bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.
Xəbərə görə, 55 yaşlı italiyalı mütəxəssisin ölkəsinin millisini çalışdıracağı bildirilir. Hazırki baş məşqçisi Roberto Mançinin gedəcəyi və istefaya göndəriləcəyi təqdirdə bu posta əsas namizəd Alleqridir.
Qeyd edək ki, hazırda "Yuventus" çətin günlər keçirir. İtaliya A Seriyasının prokuroru “Yuventus”un maliyyə pozuntularına görə klubun bu mövsüm topladığı xalların 15-ni ləğv edib. "Goca sinyora"nın avrokuboklara düşməyəcəyi təqdirdə komandanın ulduz futbolçularının, eləcə cə Alleqrinin gedəcəyi ehtimal olunur.
Röya