İtaliyanın "Torino" klubu icarə əsasında formasını geyinən rusiyalı yarımmüdafiəçi Aleksey Mirançukun transfer hüquqlarına yiyələnmək üçün "Atalanta" ilə danışıqlara başlayıb.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, Berqamo təmsilçisi bu keçid üçün turinlilərdən təqribən 12 milyon avro istəyir.
Xəbərə görə, "Atalanta"nın da Rusiya millisinin 27 yaşlı üzvünün satılmasına isti yanaşır və keçidin reallaşmaq ehtimalı yüksəkdir.
Qeyd edək ki, Mirançukun icarə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
Nihat