"Arsenal" istedadlı futbolçusu Bukayo Saka ilə müqaviləni yeniləmək arzusundadır.
Fanat.Az xəbər verir ki, məlumatı "Football Insider" yayıb.
"Topçular" 21 yaşlı vingerin klubun təklifinə razılıq verəcəyinə əmindir. Onun "Arsenal"la sözləşməni uzadacağı təqdirdə, komandanın heyətində ən bahalı futbolçu olacağı bildirilir.
Qeyd edək ki, Sakanın cari müqaviləsi 2024-cü ilin yayında başa çatır. Bu mövsüm bütün turnirlədə 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalan Bukayo klubun gələcək ulduzu hesab olunur.
Röya