London "Arsenal"ının baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 12-ci turundan təxirə salınmış matçdan - bu gün "Mançester Siti"yə qarşı keçirəcəkləri oyundan danışıb.
Fanat.Az xəbər verir ki, ispan mütəxəssis fikirlərini "topçular"ın rəsmi saytına bölüşüb:
"Emireyts"dəki azarkeş dəstəyi möhtəşəm olur. Tərəfdarlarımız komandaya xüsusi enerji verir. Futbolçular da azarkeşlərimizin nəyə qadir olduğunun fərqindədirlər. Biz "Mançester Siti"yə qarşı 15 oyunçu ilə oynayacağıq! Gəlin bu gözəl axşamdan zövq alaq".
Qeyd edək ki, "Arsenal" - "Mançester Siti" oyunu bu gün, Bakı vaxtı ilə 23:30-da başlayacaq.
Nihat