"Milan" "Real Madrid"in futbolçusu Marko Asensionun transferində maraqlıdır.
Fanat.Az xəbər verir ki, məlumatı "CalcioMercato" yayıb.
Xəbərə görə, İtaliya klubunun rəhbərliyi mövsümün sonunda vingeri heyətinə cəlb etməyi planlaşdırır.
İtaliya millisinin üzvünün kral klubu ilə müqaviləsi yayda başa çatır və yanvardan etibarın digər klublarla danışıqlar aparmaq hüququ var. "Milan" isə bu durumdan faydalanmağa çalışacaq. Lakin "Real"ın Asensio ilə sözləşməni yeniləyəcəyi ehtimalı da var.
Röya