"Bayern Münhen"in idarə heyətinin sədri Oliver Kan Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunununda PSJ-nin hücumçusu Kilian Mbappenin Almaniya nəhənginə qarşı sərgilədiyi çıxışı dəyərləndirib.
Fanat.Az xəbər verir ki, münhenlilərin sabiq qapıçısının dediklərini "Sport1.de" belə çatdırıb:
"İkinci yarıda bu qeyri-adi oyunçunun nəyə qadir olduğunu gördük. O, yalnız azarkeşləri yox, həm də komandasını uğura qazana biləcəklərinə inandırdı. Açığı, bir qədər bəxtimiz gətirdi".
Xatırladaq ki, Parisdə baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Nihat