"Mançester Siti"nin bu ilin yanvarında "Bayern Münhen"ə icarəyə verdiyi Joau Kanselu "şəhərlilər"in baş məşqçisi Xosep Quardiola ilə dalaşması ilə bağlı yayılan informasiyalara aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı müdafiəçinin dediklərini "Mundo Deportivo" belə çatdırıb:
"Mənim Quardiola ilə dalaşmağımla bağlı deyilənlər yalandır. Son vaxtlar özümü "Siti" üçün lazımlı oyunçu saymırdım. Baş məşqçi ilə danışdım və o, mənim komandadan getməyimə razı oldu. Başqa sözlə, klub, Pep və mən durumu müzakirə edərək ən uyğun variantı seçdik. Yeni imkanları dəyərləndirməyi sevirəm. Bir daha qeyd edim ki, "Siti"yə qarşı deyiləm. Pepə və indi də müqavilə ilə məxsus olduğum kluba mənə verdiklərinə görə minnətdaram. Futbolda nəyin necə olduğunu əvvəldən demək çətindir. Ola bilsin ki, mövsümün sonunda yenidən "Mançester Siti"yə qayıtdım".
Nihat