UEFA Konfrans Liqasının 1/16 final mərhələsi çərçivəsində sabah keçiriləcək "Qarabağ” - "Gent" (Belçika) görüşü ərəfəsində Tofiq Bəhramov adına Respublika stadionu əsaslı yenilənib.
Fanat.Az-ın məlumatına görə, arenanın əsas, həmçinin qapıların arxasındakı tribunaların yuxarısında quraşdırılmış tablolar daha müasiri və iri həcmliləri ilə əvəzlənib, bütün giriş qapılarına turniket quraşdırılıb.
Daha bir dəyişiklik isə media sektorunda baş verib. Belə ki, seçmə və qrup mərhələsinin oyunları zamanı tutumu artırılan tribuna dəmir məhəccərlərlə bölünüb.
“Tofiq Bəhramov"un qeyd etdiyimiz dəyişikliklərdən sonrakı görünüşünü fotolarla təqdim edirik:
Mirağa