Dortmund "Borussiya"sının hücumçusu Kərim Adeyemi Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Çelsi" üzərində qələbə qazandıqları matçdan (1:0) sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, DAZN komandasına qələbə gətirən yeganə qolun müəllifinin dediklərini belə çatdırıb:
"İlk dəqiqələrdən işimiz asan deyildi. Hər birimiz komanda üçün bacardığımızı etməyə çalışır, inamla mübarizə aparırdıq. Bilidik ki, bu gün uğur qazana bilərik. Matç başlayandan bitənə qədər "Çelsi"yə problem yaratmaq, rəqibin istədiyi futbolu sərgiləməsinə imkan verməmək strategiyasına sadiq qaldıq və yekunda qələbə bizim oldu. Qələbəyə görə şadıq. Bu, bizim üçün olduqca vacib idi.
Entso Fernandesə tərəf qaçanda yalnız onu keçmək üçün topu yanından atmalı olduğumu düşünürdüm. Birəbir epizodlardan qalib çıxmağı hamımız istəyirik. Bəzən alınır, bəzən də yox... Əlbəttə, qol vura bildiyim üçün çox sevincliyəm. Belə azarkeşlər önündə oynamaq qürurverici idi".
Nihat