"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bröyne İngiltərə Premyer Liqasının 12-ci turundan təxirə salınmış oyunda "Arsenal"ın baş məşqçisi Mikel Artetanı itələyib.
Fanat.Az xəbər verir ki, olay "Emireyts"də baş tutan və qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatan görüşün 51-ci dəqiqəsində yaşanıb.
Belə ki, belçikalı futbolçu autu yerinə yetirmək istəyərkən Arteta topu kənara vurmağa çalışıb və nəticədə Kevin ispan mütəxəssisi fiziki təzyiq göstərib:
Qeyd edək ki, sözügedən qarşılaşmada De Bröyne qol və məhsuldar ötürmə müəllifi olub.
Nihat