Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Rəsmi: Cennaro Qattuzonu istefaya göndərən "Valensiya" klubunun yeni baş məşqçisi məlum olub. La Liqa təmsilçisi "Saraqosa"nın sabiq çalışdırıcısı Ruben Baraxaya həvalə olunub.
***
Rəsmi: "Salernita"nın baş məşqçi postuna Paulu Souza keçib. 52 yaşlı portuqaliyalı mütəxəssislə 5 aylıq müqavilə imzalanıb. Sözləşmə şərtlərində müddəti 2 ilə qədər uzatmaq maddəsi də var.
***
Rəsmi: "Spetsiya" baş məşqçisi Luka Qottini istefaya göndərib. Buna səbəb komandanın son 5 oyunun 4-də məğlub olmasıdır. Hazırda "Spetsiya" İtaliya A Seriyasında 17-ci pillədə qərarlaşıb.
Röya