PSJ-nin ulduzu Neymar yenə şəxsi həyatı ilə gündəmə gəlib.
Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, braziliyalı ulduz fevralın 15-də, komandası Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində Parisdə "Bayern Münhen"ə 0:1 hesabı ilə uduzduğu günün ertəsi poker turnirinə qatılıb.
Xəbərə görə, o, günorta saatlarında masa arxasına əyləşib və qısa müddətdə uduzaraq oranı tərk edib. Mənbə Neymarın bu davranışının PSJ fanatlarını qıcıqlandırdığını və "sambaçı"nın böyük ehtimalla, növbəti oyunlarda tərəfdarların təzyiqi ilə üz-üzə qalacağını vurğulayıb.
Nihat