"Bayern Münhen" "Mançester Yunayted"in futbolçusuna elçi düşüb.
Fanat.Az xəbər verir ki, söhbət Markus Reşforddan gedir.
Məlumatı "Sport Bild" yayıb. Xəbərə görə, Bundesliqa klubu keçidi yayda həll etmək niyyətindədir.
Robert Levandovskinin gedişindən sonra komandaya perspektivli hücumçu axtarışlarını davam etdirən münhenlilərin ümidi Reşfordadır.
Qeyd edək ki, cari müqaviləsi 2024-cü ilin iyununda başa çatacaq futbolçunu "Mançester Yunayted" buraxmaq niyyətində deyil. Klub ingiltərəli forvard ilə uzunmüddətli sözləşmə imzalamaq arzusundadır.
Röya