Çempionlar Liqasının 1/8 finalının ilk oyununda Parisdə "Bayern Münhen"ə 0:1 hesablı məğlubiyyət PSJ rəhbərliyinin komandanın baş məşqçisi Kristof Qaltyeyə olan inamını sarsıdıb.
Fanat.Az "Le Parisien"ə istinadən xəbər verir ki, Fransa nəhənginin idarəçiləri artıq Qaltyeni Zinəddin Zidanla əvəzləməkdə maraqlıdır.
Mənbə son həftədə ardıcıl 3 məğlubiyyət alan komandanın yalnız nəticələrinin deyil, sərgilədiyi futbolun da klub bosslarını narazı saldığını qabardıb. PSJ prezidenti Nasser Əl-Xelaifinin hazırda işsiz olan Zidanla danışıqları intensivləşdirmək niyyətinə düşdüyü açıqlanıb. Qarşıdakı iki oyunun - "Lill" və "Olimpik Marsel"lə çempionat matçlarının bu baxımdan xüsusi önəm daşıyacağı bildirilib.
Qeyd edək ki, Fransa Kubokunda "Olimpik Marsel"ə 1:2 hesabı uduzaraq mübarizəni dayandıran parislilər Liqa 1-də "Monako"ya yeniləndən sonra (1:3) ÇL-də "Bayern"ə boyun əyib.
Nihat