"Atletiko Madrid"in portuqaliyalı forvardı Joau Feliks karyerasını icarə əsasında oynadığı İngiltərədə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Cadena Ser" yayıb.
Mənbə 23 yaşlı hücumçunu bu qış icarəyə götürən "Çelsi"nin onu cari mövsümün sonunda 80 milyon avroya transfer etməyi hədəflədiyini vurğulayıb. Yarım mövsümlük icarəyə görə qarşı tərəfə 11 milyon avro ödəyən, Joaunun özünə bu müddətdə 6 milyon avroya yaxın maaş verəcək "zadəganlar"ın planının futbolçunun özünün də ürəyincə olduğu açıqlanıb.
Xatırladaq ki, "Atletiko Madrid" Feliksi 2019-cu ilin yayında "Benfika"dan alıb. Madrid təmsilçisi sözügedən oyunçunun transferi üçün lissabonlulara 126 milyon avro ödəyib ki, bu da klub tarixinin rekord transfer məbləği qismində tarixə düşüb.
Nihat