Neymar Fransa I Liqasını İngiltərə Premyer Liqasına dəyişə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.
Xəbərə görə, "Çelsi"nin sahibi Todd Beoli çərşəmbə axşamı günü PSJ-nin prezidenti Naser Əl-Helaifi ilə görüşüb. Onlar braziliyalı ulduzun yayda London klubuna mümkün keçidini müzakirə ediblər.
İddiaya görə, "zadəganlar" 31 yaşlı oyunçuya görə 60 milyon avrodan keçməyə hazırdır. Ancaq Neymarın özünə illik 36 milyon avro ödəmək problem ola bilər.
Qeyd edək ki, "Çelsi" keçən yaydan Neymarla maraqlanır.
Röya