"Arsenal" və "Mançester Yunayted" "İnter"in müdafiəçisi üçün mübarizə aparacaqlar.
Fanat.Az xəbər verir ki, söhbət Niderland millisinin üzvü Denzel Dumfrisdən gedir.
Məlumatı "Fichajes" yayıb. Xəbərə görə, İPL təmsilçiləri yayda futbolçunu transfer etmək niyyətindədirlər.
Hazırda maliyyə sıxıntısı yaşayan A Seriyası klubuna pul lazımdır. Bu səbəbdən bir sıra futbolçunun "İnter"dən ayrılacağı gözlənilir. Bu durumdan faydalanmağa çalışan ingilislər Denzeli transfer etməyə çalışırlar.
Qeyd edək ki, 26 yaşlı müdafiəçi cari mövsüm İtaliya çempionatında 19 matçda meydana çıxıb.
Röya