"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 12-ci turundan təxirə salınmış oyundan - "Mançester Siti"yə "Emireyts"də 1:3 hesabı ilə uduzduqları matçdan sonra açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, BBC onun ispan çalışdırıcının dediklərini belə çatdırıb:
"Uduzduğumuz üçün məyusuq. Ən pisi budur ki, hər şey əlimizdə olduğu halda, "Siti"yə qollar hədiyyə etdik. Üç real qol epizodunu da qaçırdığımızı unutmayaq.
Rəqibin nəyə qadir olduğunu nəzərə alsaq, onları yenmək üçün öz səviyyəndən üstün oyun nümayiş etdirməlisən. "Arsenal" "Mançester Siti" ilə bərəbarsəviyyəli mübarizə apardı. Hətta bəzi anlarda rəqibindən üstün də göründü. Ancaq onlar həlledici məqamlarda daha düzgün qərarlar qəbul etməyi bacardılar. Stadiondakı ab-hava möhtəşəm idi. Təəssüf ki, onlara 3 qol hədiyyə etdik".
Nihat