PSJ-nin müdafiəçisi Serxio Ramos Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunundan - Parisdə "Bayern Münhen"ə 0:1 hesabı ilə uduzduqları matçdan sonra itələdiyi fotoqrafdan üzr istəyib.
Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, 36 yaşlı ispan həmin fotoqrafla şəxsən əlaqə saxlayaraq emosialarını cilovlaya bilmədiyi üçün üzrxahlıq edib.
Xatırladaq ki, sözügedən matçın ardından PSJ-nin futbolçuları komandanın azarkeşlərinə yaxınlaşıblar. Öncə stadiondakı fotoqraflardan biri Ramosa toxunub. Futbolçu kiminsə ona dəydiyini hiss edərək geri çevrilərkən digər fotoreportyorla toqquşub və onu itələyib.
"Bayern Münhen" - PSJ qarşılaşması martın 8-də, Münhendəki "Alyants Arena"da keçiriləcək.
Nihat