"Tottenhem"in baş məşqçisi Antonio Kontenin səhhətində yenidən problem yaranıb.
Fanat.Az xəbər verir ki, o, Çempionlar Liqasında "Milan" (0:1) ilə görüşdən sonra komandası ilə İngiltərəyə qayıtmayıb və vətəni İtaliyada qalıb.
Məlumatı klubun rəsmi saytı yayıb.
Bir müddət öncə əməliyyat keçirən Konte ailəsinin yanında qalıb. Onun yoxluğunda komandaya köməkçisi Kristian Stellini rəhbərlik edəcək.
Qeyd edək ki, fevral ayının 2-də qarnında şiddətli sancı ilə xəstəxanaya aparılan italiyalı mütəxəssisdə xolesistit olduğu aşkarlanıb. Əməliyyatla məşqçinin od kisəsi çıxarılıb.
Röya