"Mançester Siti"nin futbolçusu Kevin De Bröyne "Arsenal"la oyunda (3:1) azarkeşlərin hücumuna məruz qalıb.
Fanat.Az xəbər verir ki, Londonda baş tutan matçda belçikalı yarımmüdafiəçiyə kənar əşyalar atılıb.
Ancaq o, buna yumorla qarşılıq verib. Belə ki, Kevin "Instagram" hesabında bu anları əks etdirən iki şəkil paylaşıb. O, ilk şəkilin üzərinə "Kimdəsə pivə olmaz?", digərinə isə "Çox sağ olun" yazıb. Bununla da, guya "Arsenal" azarkeşləri onun "pivə istəyinə reaksiya veriblər.
He rattled them all😂 pic.twitter.com/4Ce8wRhKCQ
— _N_ (@lon_nol101) February 15, 2023
Qeyd edək ki, Kevin De Bröyne MS-nin "topçular" üzərində parlaq qələbəsində əsas pay sahibi olub. O, əvvəlcə hesabı açaraq qələbənin əsasını qoyub, sonuncu qolda isə Erlinq Holanda məhsuldar ötürmə verib.
Mirağa