İtaliyanın A Seriyası təmsilçilərindən olan "Salernitana" yeni baş məşqçisinin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, sözügedən klub rəsmi saytı vasitəsi ilə komandanın Polşa millisinin sabiq çalışdırıcısı Paulu Souzaya tapşırıldığını bildirib.
Souza müddəti mövsümün sonuna qədər olan müqaviləyə imza atıb. Komanda A Seriyasında qalsa, müqavilə avtomatik şəkildə daha 2 illiyə uzadılacaq.
Qeyd edək ki, hazırda turnir cədvəlinin 16-cı pilləsində mövqe tutan Salerno təmsilçisinin rəhbərliyi əvvəlki baş məşqi Davide Nikolanı yanvarın 16-da istefaya göndərmiş, lakin yerinə başqasını tapa bilmədiyi üçün 2 gün sonra geri qaytarmışdı.
Nihat