Maurisio Poçettino yenidən "Tottenhem"in baş məşqçisi ola bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "TalkSPORT" məlumat yayıb.
Xəbərə görə, hazırki çalışdırıcısı Antonio Konte ilə yolları ayırmağı planlaşdıran klub rəhbərliyi argentinalı məşqçini qaytarmaq niyyətindədir.
Artıq tərəflər arasında danışıqlar başlayıb. Poçettino özü də Londona qayıtmaq arzusundadır.
Qeyd edək ki, Maurisio 2014-2019-cu illərdə "Tottenhem"i çalışdırıb. Onun son klubu PSJ olub. 2022-ci ildə vəzifəsindən ayrılıb.
Röya