Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında yeganə qələbəni “Qəbələ” qazanıb. Fanat.az xəbər verir ki, “Xəzər Lənkəran”la görüşən Yuri Syominin komandası böyük hesabla qalib gəlib - 3:0.
Azərbaycan Kubokunun 22 illik tarixində indiyədək 7 dəfə yarımfinalda 3 və ya daha çox top fərqi qeydə alınmışdı. “Qəbələ” 8-ci böyükhesablı qələbənin müəllifi olub.
Maraqlıdı ki, sonuncu böyük hesab məhz bu komandanın iştirakı ilə matçda qeydə alınmışdı. 5 il əvvəl əyalət təmsilçisi “İnter”lə ilk oyunda 0:5 hesabı ilə uduzmuşdu.
Ümumilikdə yarımfinaldakı böyükhesablı nəticələrin 3-ü ilk, 5-i cavab oyunlarına təsadüf edib.
Yarımfinalda böyükhesablı nəticələr
1993 | 1/2 final | İnşaatçı (Bakı) - İnşaatçı (Sabirabad) | 1:0, 1:4 |
1993/94 | 1/2 final | Qarabağ (Ağdam) - Xəzər (Lənkəran) | 3:0, -:+ |
1995/96 | 1/2 final | Xəzri (Buzovna) - Qarabağ (Ağdam) | 1:0, 0:3 |
1996/97 | 1/2 final | Qarabağ (Ağdam) - Kəpəz (Gəncə) | 1:0, 0:3 |
1998/99 | 1/2 final | Neftçi (Bakı) - Turan (Tovuz) | 0:1, 3:0 |
2005/06 | 1/2 final | XəzərLənkəran - Karvan (Yevlax) | 1:0, 0:3 |
2008/09 | 1/2 final | İnter (Bakı) - Qəbələ | 5:0, 0:2 |
2013/14 | 1/2 final | Qəbələ - Xəzər Lənkəran | 3:0 |
Fanat.az