01:06 17.02.2023 405

Qurban Qurbanov: “Sona qədər mübarizə apara biliriksə...”

“Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Belçikanın "Gent" komandasına qarşı keçirdikləri ilk oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, Bakıda baş tutan və 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Futbolçularıma təşəkkür etmək istəyirəm. Meydanda sona qədər mübarizə aparan kollektiv gördüm. Azarkeşlərimiz soyuq havada, siz jurnalistlər bizim yanımızdasınız. Minnətdaram.

Bu oyun həm klub, həm də futbolçular üçün çox önəmli idi. Çox möhkəm komandaya qarşı oynadıq. Mənə həmişə belə oyunlar çox xoş olub. Çox sürətli və dinamik oynayırdılar. Bu gün fürsətdən istifadə edə bildik. Sona qədər mübarizə apara biliriksə, futbolçularda da inam artır. Cavab oyunu qarşıdadır.

Yeni gələn futbolçularımdan da razı qaldım. Optimal formalarından hələ uzaqdırlar. Ümumiyyətlə, işlər pis getmir. Çox məsuliyyətli futbolçulardır. Meydanda olan hər bir oyunçu qalibiyyət üçün mübarizə apardı. 

İlk hissə çox risk etmədik. Rəqib 90 dəqiqə aqressiv pressinq edirdi. Onlar geriyə addım atmırdı. Yalnız irəliyə doğru gedirdilər. Hücum potensialları çox yaxşı idi.

İstəyirəm ki, futbolçularımın hamısı sağlam olsun. Mənim üçün həmişə narahatlıq yaradan amil bu olub. Heyətdə çox dəyişiklik olub. Kadi, Ovusu, Vadji artıq komandadan gedib. Mənim üçün bu oyunda tempə dözmək çox vacib idi. Bəzi texniki səhvlər məni çox narahat etmir. Leandro Andradenin oyunundan razı qaldım. Onu Kadi ilə müqayisə etmək istəməzdim”.

Qurbanov son çempionat oyunlarında Amin Ramazanovu oynatdığı halda, avrokubok görüşünə Luka Quqeşaşvilini buraxmasına da aydınlıq gətirib: “Bəzən oyundan-oyuna hər futbolçunun psixoloji durumuna nəzər yetirirsən. Elə futbolçu var ki, hansısa oyunda yana bilər. Hətta qarşıdakı oyunlarda ona təsir edə bilər. Amində həyəcan çox idi. Doğrudur, o, istəkli idi. Biz Aminə güvənirik. Qarşıdakı oyunlarda onun meydana çıxmaq ehtimalı var. Bəzi məqamlar var ki, deməyim düzgün olmaz”.

Baş məşqçi bu oyunda penaltini boşa verən Ramil Şeydayevdən də söz açıb: “Ramilin psixoloji durumu indi normaldır. Soyunub-geyinmə otağında onunla danışdım. 4-cü və ya 5-ci penalti olsaydı, bəlkə də, o, dəqiq ola bilərdi. Qarşıdakı matçlarda onun motivasiyası daha da yaxşı olacaq”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

Facebookdan bizi izləməyi unutmayın.
X